Xəbər lenti
Türkiyədən Ermənistana XƏBƏRDARLIQ: Vəziyyəti daha da pisləşəcək...
Türkiyənin hakim partiyası Ermənistanı ölkəni bölgədə təxribata təşviq edən dairələrə tabe olmamağa çağırıb.
Bununla bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik özünün "Twitter" səhifəsində paylaşım edib.
O bildirib ki, Yerevanın təcavüzkar siyasəti bu ölkəyə heç bir fayda gətirməyəcək:
"Ermənistan özünü aldatmaqla məşğul olmamalı və onu Azərbaycanın Kəlbəcər rayonu istiqamətindəki hadisələrə bənzər təxribatlara təşviq edən dairələrin ritorikasına uymamalıdır".
AKP rəsmisi bir gün öncə iki ölkənin sərhədində Ermənistan Silahlı Qüvvələrinin 1 Azərbaycan əsgərinin ölümünə səbəb olan hərəkətlərini kəskin şəkildə qınayıb:
"Yerevanın təcavüzkar siyasəti bölgədəki sülh üçün bir təhdiddir. Nəticələrə görə məsuliyyəti Yerevanı bu cür hərəkətlərə vadar edən qüvvələr də daşıyır. Müvafiq cavab verildikdə bu qüvvələr qətiyyən Ermənistanı dəstəkləməyəcəklər. Ermənistanın vəziyyəti daha da pisləşəcək".
Ö.Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə ölkələri arasında dialoq və əməkdaşlıq mexanizmi yaratmaq təşəbbüsünü xatırladıb:
"Ermənistan təcavüzkar davranışlarından imtina edərsə, bu mexanizmin bir hissəsi ola bilər. Yerevan bu tarixi şansı itirməməli, Türkiyə və Azərbaycan liderlərinin çağırışlarını hərtərəfli qiymətləndirməlidir. Əks təqdirdə, bu ölkə yeni problemlər gözləyir. Ermənistan regional sülhü təhdid edə bilməz. Buna imkan verilməyəcək". publika.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar