Xəbər lenti
Partiya sədrindən Allahşükür Paşazadə ilə bağlı sərt açıqlama: “Qucaqda oturmaq” şeyx sözüdürmü?!
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəni sərt tənqid edib.
Manevr.az-ın xəbərinə görə, A.Şakiroğlu Şeyxin son müsahibəsində səsləndirdiyi ifadəyə irad bildirib.
“Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin açıqlamasını oxudum. Şeyx həzrətləri bildirir ki, “Mən heç kəsin qucağında oturmamışam!”. Bu ifadəni hansısa şou əhli, müğənni, sənət insanı, aparıcı səsləndirsəydi, hardasa başa düşmək olardı. Amma dini lider statusu daşıyan birinin açıqlama verən zaman bu kimi ifadədən istifadə etməsi sözün həqiqi mənasında biabırçılıqdır. “Qucaqda oturmaq” şeyx sözüdürmü?! Amma bu fikirdə hardasa həqiqət payı da tapmaq olar. Şeyx həzrətləri doğru buyurur. O, heç kəsin “qucağında oturmayıb”. O, məhz kimlərinsə arxasında gizlənib! Təqdim etdiyim foto da sübutdur… Şeyx həzrətləri Allahdan danışır, Allahın dualarından bəhs etdiyini bildirir… Elə isə Allahı İranla niyə əlaqələndirir? Allah axı bütün dünya müsəlmanlarının Allahıdır… Şeyx həzrətləri qələbəni Allahın xeyr duası ilə əldə etdiyimizi söyləsəydi, anlaşılardı. O, isə məhz Xameneinin fətvası ilə əldə olunduğunu söyləyir… Şeyx məlum müsahibəsində onu ittiham edənləri ölkədə sünni-şiə qarşıdurması yaratmağa çalışmaqda ittiham edir. Amma xub! Məgər şeyx həzrətləri həqiqətənmi fərqində deyil ki, onun İran İslam Respublikasının dini liderinə yaltaqlanmaq cəhdi, onun Azərbaycandakı nümayəndəsi Ocaq Necatın arxasında gizlənərək yaydığı fotoların elə özü ideoloji zəmində böyük bir fəlakətdir?! Allahşükür Paşazadə məlum müsahibəsində özünü qorumaq məqsədilə ölkə prezidentinin kölgəsində gizlənməyə çalışması, prezidentdən özünü qalxan düzəltmək cəhdi də açıq aydın göz önündədir… O müsahibəsi boyu prezidentin adını çəkərək nə demək istəyir? O, həqiqətləri inkar etmək üçün yalan danışmaqdan belə çəkinmir! İsrarla bizi inandırmağa çalışır ki, sən demə, İran İslam Respublikası savaş boyu Azərbaycan dövlətinin, Azərbaycan xalqının yanında olub, biz bilməmişik… Xatırladım ki, İran İslam Respublikası həmişə Ermənistanla sıx əlaqədə olub, müharibə zamanı Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığını bildirib, İran ərazisindən Ermənistana silah daşınıb və yalnız bu ölkədə yaşayan soydaşlarımızın kəskin etirazından sonra buna son qoyulub. Eyni zamanda bu gün şeyx həzrətlərinin yaltaqlandığı, arxasında gizləndiyi məlum dövlət Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına, məscidlərdə donuzların saxlanılmasına heç bir reaksiya verməmiş, susmuş, susması ilə də İslama, Allaha olan münasibətini ortaya qoymuşdur… Azərbaycanda məskunlaşmış, şeyx həzrətlərinin arxasında gizləndiyi Ocaq Necat bir dəfə də olsun bu məsələlərə münasibət bildirməmişdir. İndi nə baş verir, cənab Paşazadə?! Olmaya Azərbaycandan səslənən haqlı iradlara Amilinin ittihamları ilə cavab verənlərimi unutmusunuz, cənab Paşazadə? Azərbaycanın haqlı iradlarına İrandan ittiham dolu cavablar gəldiyi zamanlarda, Paşazadə cənabları, məhz siz münasibət bildirməyə lüzum görmədiyinizi, ağzına su alıb oturmağınızı unutsaz da, biz unutmamışıq!
Məsələlər o qədər dərinləşdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz konkret faktla cavab vermək məcburiyyətində qaldı: “Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”.
Azərbaycan-Türkiyə qardaşlığının inkişaf etdiyi bir zamanda nəyə nail olmaq istəyirsiniz, Allahşükür Paşazadə? Düşünmürəm ki, bu böyük səhvi sizin kimi təcrübəli adam bilməyərəkdən etsin… Kimə xidmət edirsiniz? Heçmi vicdanınız yoxdur? Unutmuşdum… Siz vicdanın nə olduğunu bilmirsiniz axı… Özünüzün etirafı indi yadıma düşdü… Elə isə vicdanın nə olduğunu bilməyən birinin Azərbaycan xalqına, Qafqaz Müsəlmanlarına dini rəhbərlik etməyə haqqı varmı?! Bəlkə getmək haqqında düşünəsiniz?! Düşünürəm ki, bu olay çox dəqiqliklə araşdırılmalı, dövlətimizin içində əyləşmiş, dövlətə qəsd siyasəti yürüdənlər, Azərbaycanın strateje dostluq-qardaşlıq münasibətləri olan dövlətlərlə münasibətlərini pozmaq istəyənlər, başqalarının əlində alət olanların ifşası tamamlanmalıdır. Hər kəs də bir dəfəlik bilməlidir ki, 44 günlük Vətən Müharibəsində əldə olunmuş qələbəyə görə hansısa Ayətullaha borclu deyilik! Bu zəfəri, bir xalq olaraq birliyimiz, həmrəyliyimiz, vəhdətimiz və qardaşlığımız hesabına nail olmuşuq! Yaşasın Azərbaycan Əsgəri!” – partiya sədri bildirib./pravda.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar