Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

İranda etiraz dalğası genişlənir: Ölən və yaralananlar var

Tarix: 24-07-2021 06:54     Baxış: 3182 A- / A+
İranda etiraz dalğası genişlənir: Ölən və yaralananlar var

İranın Xuzistan əyalətinin şəhərlərində su çatışmazlığı ilə bağlı təşkil olunan etirazlara dəstək olaraq Luristan əyalətinin Əligudərz şəhərində də etirazlar başlayıb.

Bu barədə “Anadolu” agentliyi İranın dövlət televiziyasına istinadla məlumat yayıb.


Qeyd edilir ki, Əligudərzdəki nümayişlər zamanı bəzi naməlum şəxslər odlu silahdan atəş açıblar, nəticədə 20 yaşlı gənc ölüb və iki 16 yaşlı gənc yaralanıb.

Hadisəni törədənlərin tutulması üçün istintaq başladıldığı qeyd edilib.

İran səlahiyyətlilərinin açıqladığı məlumata görə, 15 iyuldan bəri 8 gecə davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 5-ə çatıb.

Xuzistandakı etirazlarla əlaqədar bir açıqlama yayan “Amnesty International” təhlükəsizlik qüvvələrinin nümayişlər zamanı ən azı 8 nəfəri öldürdüyünə dair məlumatlara sahib olduqlarını açıqlayıb. Açıqlamada təhlükəsizlik qüvvələrinin Xuzistandakı dinc etirazları yatırmaq üçün döyüş sursatı, gözyaşardıcı qaz və avtomatik silah istifadə etdikləri bildirilib. ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar