Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda iki qurum birləşdirilir

Tarix: 23-07-2021 18:19     Baxış: 3158 A- / A+
Azərbaycanda iki qurum birləşdirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum "Azərmarka” MMC "Azərpoçt” MMC-yə birləşdirilir.


Manevr.az
xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlara uyğun olaraq "Azərpoçt” MMC yenidən təşkil ediləcək.

Bundan sonra "Azərmarka” "Azərpoçt”un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Onun bütün hüquq və öhdəliklərini hüquqi varisi olan "Azərpoçt” MMC yerinə yetirəcək.

Məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumlarının fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır.

Qeyd edək ki, "Azərmarka”nın əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum tərəfindən bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlanıb.

Qeyd edilən işlər bundan sonra "Azərpoçt” MMC-nin tərkibində yaradılacaq müvafiq struktur bölmə tərəfindən həyata keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar