Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutu mətbuat nümayəndələrini təbrik edib - ŞƏKİLLƏR

Tarix: 22-07-2021 17:56     Baxış: 3205 A- / A+
Azərbaycan İlahiyyat İnstitutu mətbuat nümayəndələrini təbrik edib - ŞƏKİLLƏR
Azərbaycanda milli mətbuatın, Ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur.

Görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan Milli Mətbuatı cəmiyyətin proseslərə baxışını əks etdirməyi bacarmışdır. Müstəqilliyimizin ilk dövrlərindən mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib. Təsadüfi deyil ki, Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da ümummilli lider Heydər Əliyev imzalayıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Ümummilli lider Heydər Əliyev “Bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını dahageniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə, açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edib. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azad medianın inkişafı sahəsində gördüyü
tədbirlər hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına da əsaslı təsirini göstərməkdədir.
Prezident İlham Əliyevin mətbuatın inkişafı, jurnalistlərin rifahı naminə atdığı addımlar, kütləvi informasiya vasitələrinə dəstək, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin Milli Mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi mətbuata qayğının bariz nümunəsidir.
Hazırda respublikada müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik fəaliyyət göstərir. İnformasiya texnologiyalarının inkişafı ilə Azərbaycan mətbuatı qlobal məlumat mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşaraq tərəqqi etməkdədir.

Qeyd etmək istərdik ki, ölkəmiz 44 günlük Vətən Müharibəsində döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Media nümayəndələri həm haqlı savaşımızı işıqlandırmağa çalışdılar, həm də səfərbərlik çərçivəsində ön cəbhədə torpaqlarımızı qorudular. Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başladığı vaxtdan etibarən, kütləvi informasiya vasitələri ilə əlaqələrini inkişaf etdirir. Vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri,
o cümlədən multikultural dəyərlərin, dini sabitliyin, tolerantlığın qorunmasında və təbliğində media nümayəndələrin vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
Milli Mətbuatın yaranmasının 146 illiyi münasibətilə Azərbaycan İlahiyyat İnstitutu da ali təhsil müəssisəsinin fəaliyyətini obyektiv işıqlandıran, fəallığı ilə
seçilən mətbuat nümayəndələrini təbrik edib.

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar