Xəbər lenti
Makronun İrəvan səfəri: Zəngəzur dəhlizinə qarşı...
Emmanuel Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq.
Manevr.az xəbər verir ki, bunu trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.
O bildirib ki, rəsmi İrəvan Moskva və Parisin dəstəyi ilə ATƏT Minsk qrupunun "meyitinin" dirildilməsini daha da qətiyyətlə tələb etməyə başlayıb:
"Bununla da onlar Zəngəzur nəqliyyat dəhlizinin açılmasına mane olmağa çalışır".
Onun sözlərinə görə, kollektiv erməni-fransız fəallığının artıması çoxdan gözlənilən idi:
"Gələn ilin yazında Fransada növbəti prezident seçkiləri keçirilməlidir. Son vaxtlar isə prezident Makronu daxili və xarici siyasi uğursuzluqlar təqib edir. Onun reytinqi seçicilərin dörddəbir hissəsi səviyyəsindədir və çoxpartiyalı Fransa üçün ciddi rəqəm olsa da, seçkilərdə qələbənin təmin olunması üçün kifayət deyil. Ermənistan Makronun siyasi uğursuzluqlar fonunda uğur səhifəsi ola bilər. Ona görə də özünün elektoral simpatiyaları naminə o, istənilən şəkildə, həm özünü, həm də Paşinyanı məmnun etmək üçün "erməni" kartını işə salacaq".
O.Kuznetsovun sözlərinə görə, erməni-fransız fəallığının artmasını Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Ermənistan səfəri və Aİ xətti ilə İrəvana 2,6 milyard dollar məbləğində vəsaitin ayrılması kontekstinə nəzərdən keçirsək, qrotesk-fantasmorik vəziyyəti yaranır:
"Birincisi, 2,6 milyard avro nəhəng məbləğdir və Ermənistanın on illik büdcəsinə bərabərdir. Bu ölkə indiki vəziyyətində kifayət qədər istehsal gücünə malik deyil ki, həmin vəsaiti xarici bazarlarda satılması üçün məhsul istehsalına yönəldə bilsin. Avropa və Amerika üçün erməni malları prinsipcə, lazım deyil, Rusiyada və digər MDB ölkələrində isə qədərindən artıq məhsul satılmayacaq. Mən istisna etmirəm ki, Aİ-nin pullarının bir hissəsi Emmanuel Makronun seçki kampaniyasının keçirilməsi üçün "qara kassa"ya yönəldiləcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar