Xəbər lenti
Naxçıvana avtobus biletləri neçəyə olacaq? - QİYMƏTLƏR
İyulun 17-dən Nazirlər Kabinetinin qərarına əsasən, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobuslar fəaliyyətə başlayır.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən məlumata görə, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.
Sərnişinlər bu gündən iyulun 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.
Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcədə avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə "online" gediş bileti sifariş edə bilərsiniz.
Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.
Gömrük keçid məntəqəsində sərnişinlərdən COVID-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar