Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyasında gömrük orqanlarında fəaliyyət göstərən kinoloqlar üçün təlimlər keçirilir

Tarix: 16-07-2021 15:49     Baxış: 3138 A- / A+
Gömrük Akademiyasında gömrük orqanlarında fəaliyyət göstərən kinoloqlar üçün təlimlər keçirilir

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük orqanlarında fəaliyyət göstərən kinoloqlar üçün ixtisasartırma təlimləri başlayıb.

Təlimdən öncə keçirilən tədbirdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov, Akademiya əməkdaşları, o cümlədən təlimlərin dinləyiciləri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Cənub Ərazi Baş Gömrük İdarəsinin və Kinoloji Mərkəzin təlimçiləri və instruktor-kinoloqları iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov bildirib ki, ilk dəfə təşkil olunan spesifik təlimlər kinoloqların peşəkar hazırlıqlarının artırılması məqsədilə keçirilir. Qulu Novruzov Akademiyada gömrük xidmətinin müxtəlif istiqamətləri, texniki nəzarət vasitələri ilə işləyən əməkdaşların peşəkar səviyyəsinin artırılması, hüquq-mühafizə fəaliyyəti, o cümlədən ingilis dili üzrə təlimlərin keçirildiyini diqqətə çatdırıb. Akademiya rəisi qeyd edib ki, təlimlər müxtəlif modullar üzrə hazırlanmış təlim proqramları əsasında keçirilir. Qulu Novruzov 10 günlük təlimlərdə həm nəzəri biliklərin, həm də praktik bacarıqların aşılanması ilə bağlı məşğələlərin nəzərdə tutulduğunu vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, təlimin sonunda dinləyicilərin bilik səviyyəsinin ölçülməsi məqsədilə qiymətləndirmə həyata keçiriləcək

Manevr.az

Gömrük Akademiyasında gömrük orqanlarında fəaliyyət göstərən kinoloqlar üçün təlimlər keçirilir[/center]
[center]Gömrük Akademiyasında gömrük orqanlarında fəaliyyət göstərən kinoloqlar üçün təlimlər keçirilir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar