Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aktauda Xocalı şəhidləri anıldı -FOTOLAR

Tarix: 25-02-2017 19:08     Baxış: 3307 A- / A+
Aktauda Xocalı şəhidləri anıldı

Manevr.az-ın məlumatına görə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində daha bir tədbir keçiib. RENEISSANSE-Aktau otelində təşkil olunmuş tədbirdə Aktau şəhərində akkreditə olunmuş digər diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, ictimaiyyət nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər. Tədbir keçirilən zalda Xocalı soyqırımını əks etdirən foto və kitabların sərgisi təşkil olunub.

Xocalı soyqırımında həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasından danışıb. O, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Qazaxıstanın internet məkanında Baş konsulluq tərəfindən yaradılmış www.xocalı.kz saytında BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə, parlamentlərinə müraciət yerləşdirildiyini bildirərək, tədbir iştirakçılarını bu müraciətə qoşulmağa çağırıb.

E.Zeynalov ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi haqqında məlumat verərək, tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş bu filmin Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulduğu haqqında danışmış və filmin Aktau şəhərində nümayişində göstərdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) minnətdarlığını bildirib.

Daha sonra Xocalı sakinlərinin dünya ictimaiyyətinə müraciəti oxunub.

Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Küngeri, şair Rövşən Həsənli, istefada olan mayor Bəxtiyar Məsimov və digərləri çıxışlar edərək, Xocalı faciəsinin insanlığa qarşı törədilmiş və misli görünməmiş bir faciə olduğunu, bu cinayəti törədənlərin tezliklə ədalət məhkəməsində cavab verəcəklərinə nail olunacaqlarını bildiriblər.

Çıxışlardan sonra “Sonsuz dəhliz”sənədli filminin nümayişi etdirilib.Sonda tədbir iştirakçıları tərəfindən RENEISSANSE-Aktau otelinin önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndirərək səmaya qara şarlar buraxılib.

Aktauda Xocalı şəhidləri anıldı
Aktauda Xocalı şəhidləri anıldı
Aktauda Xocalı şəhidləri anıldı
Aktauda Xocalı şəhidləri anıldı
Aktauda Xocalı şəhidləri anıldı
Aktauda Xocalı şəhidləri anıldı
Aktauda Xocalı şəhidləri anıldı

Aktauda Xocalı şəhidləri anıldı

Aktauda Xocalı şəhidləri anıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar