Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə və Azərbaycan dövlət yaradır - Safrastyandan ŞOK İDDİA

Tarix: 12-07-2021 06:21     Baxış: 3219 A- / A+
Türkiyə və Azərbaycan dövlət yaradır

Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan ümumi dövlətinin yaranmasının başlanğıcı deməkdir.

Belə bir iddia ilə akademik Ruben Safrastyan “Sputnik”in erməni bürosuna açıqlamasında çıxış edib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin mətnini oxuyarkən, bunun Azərbaycan-Türkiyə ittifaq dövlətinin əsasını qoyan sənəd olduğunu təxmin etmək olar.

“Bu, məsələn, Rusiya və Belarus arasındakı ittifaq dövləti kimi ola bilər. Bununla bərabər, bu sənəd özündə daha başqa mənalar da kəsb edir”, – Safrastyan deyib.

Safrastyan bu sənədin eyni zamanda “pantürkist” ideyasını əks etdirdiyini ehtimal etdiyini də bildirib:

“Türkiyə göstərir ki, Azərbaycan kimi, gələcəkdə digər türk ölkələrinin də inteqrasiyası mümkündür. Ankara bu istiqamətdə aktiv şəkildə işləyir, öz potensialını müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə istifadə edir. Türkiyənin “Bayraqdar” PUA-sı İkinci Qarabağ savaşından sonra böyük populyarlıq qazanıb, Ankara öz silahını türk dünyasında geniş reklam edir və hərbi sahədə əməkdaşlığa təşviq edir”.

Safrastyan iddia edib ki, Turan Ordusu da hədəflərdən biridir. O vurğulayıb ki, bu ideya hələlik uzaqda görünsə də, aktiv danışıqları və imzalanan razılaşmaları nəzərə alsaq, türk ölkələri arasında hərbi əməkdaşlığın daha konkret baş tutacağını təxmin etmək olar.

Akademik yaxın gələcəkdə türk ölkələrinin hərbi-siyasi blok yaradacağını da istisna etməyib. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar