Xəbər lenti
Deputatdan onu FETÖ ilə əlaqələndirən redaktora sərt sözlər: "Gülənin oğulluğu..."
Millət vəkili Fazil Mustafa onun adını Fətullah Gülənlə bağlılıqda hallandıran saytlardan birinin redaktoruna sərt cavab verib.
Manevr.az moderator.az-a istinadən həmin mətni təqdim edir:
"Fətullah Gülənin oğulluğunun adı bəlli oldu: tərəfdar.az saytının redaktoru Seymur Süleymanov! Demək bu adamlar xidmət etdiyi kəşfiyyat qurumundan tapşırıq alırlar ki, Fazil Mustafa barədə böhtanları hansı formada dövriyəyə buraxmaq olar.
Əvvəl böhtanı yazırlar, sonra da jurnalistləri sual verməyə yönləndirərək yazdıqlarını gündəmdə tutmaq istəyirlər. Üzərinə gedən kimi siçan kimi deşiklərində gizlənirlər. Anlamaq istəmirlər ki, illərdir bütün bu kimi şərəfsizlər bütün vasitələri işə salaraq bizi gah hansısa ölkənin maraqlarımı müdafiə edən adam kimi, gah vəhabi, gah nurçu kimi təqdim etməyə çalışırlar. Anlamırlar ki, siyasi yaşamımız boyunca ancaq Azərbaycana, onun uca dövlətinə və Türk millətinə xidmətdən başqa bir yolumuz olmadı, ola da bilməz.
Mənfəətimiz naminə heç bir kəşfiyyat orqanının tələsinə düşmədik, öz yolumuzu bütün təriqətlərdən və məzhəblərdən qat-qat uca görən mütəvazi bir Allah quluyuq. Həqiqətləri ona görə rahat, açıq söyləyə bilirik ki,özümüzdən, yolumuzdan, keçmişimizdən və bu günümüzdən əminik. Şəxsimə aid ancaq böhtanla, şərlə nələrisə iddia edə bilərsiniz. Sübut etməyə gələndə isə, mənim düşüncələrimi, inancımı təhrif etməkdən başqa bir cümlə yazıb tapa bilmirsiniz.
İndi bu şərəfsiz Seymur Gülən oğlu Süleymanov əlində sayt var deyə, istədiyi adama böhtan ata biləcəyini düşünür, hətta atamın ruhunu da təhqir etməkdən çəkinmir. Mediada yer alan bu böhtançıların sürüsünü darmadağın edəcəyimdən əmin ola bilərsiniz".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar