Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sabiq hakimin oğlu saxlanıldı

Tarix: 09-07-2021 22:07     Baxış: 3252 A- / A+
Sabiq hakimin oğlu saxlanıldı

Səbail rayon Məhkəməsinin sabiq hakimi Alim Namazovun oğlu Anar Namazov həbs edilib.

Manevr.az Sabah.az-a istinadən xəbər verir ki, Anar Namazov bir neçə fiziki məhdudiyyətli şəxslərin adına şirkət açaraq portala daxil edib və dövlətdən yardımlar alıb. Daha sonra vergidən yayınmaq üçün MMC-ləri qısa müddət ərzində ləğv edib. Beləliklə, bir-birinin ardınca yaranıb-bağlanan bu qurumlar vasitəsilə külli miqdarda gəlir əldə edib.

Növbəti dəfə isə fiziki qüsurlu olmayan şəxslərin adından əlil kimi istifadə etməyə çalışıb. Bir neçə əməliyyatdan sonra isə saxta qurumlar ləğv edilib, ancaq onların vergi borcu qalıb. Onlarla şəxsə külli miqdarda vergi borcu haqda bildiriş gələndə isə şikayətlər başlayıb. Zərərçəkmişlər heç bir qurum yaratmadıqları, hər hansı əməliyyat aparmadıqları halda vergi borcunun necə yaranmasına aydınlıq gətirilməsini istəyiblər.

Hüquq-mühafizə orqanları zərərçəkənlərin şikayəti əsasında araşdırmaya başlayıb və Anar Namazov saxlanılıb.

İlkin məlumata görə, zərərçəkmişlərdən Quliyev Vəli İlqar oğlunun 5092 manat, Ağayev Ayxan Kənan oğlunun 14700 manat vergi borcu var.

Hakim Alim Namazovun işi Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul qiymətləndirildiyi üçün 2007-ci ildə hakimlik fəaliyyətinə xitam verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar