Xəbər lenti
Kəlbəcərin bu kəndində hazırda 660 erməni yaşayır... -ŞƏKİL
XIX əsrdə bu kənddə yerləşmış ermənilər onun adını dəyişib “Aracadzor” kimi rəsmiləşdirmışlər...
Ermənilər hüquqi-inzibati cəhətdən Azərbaycan Respublikasının Kəlbəcər rayonuna aid olan “Araçadzor” adlandırılmış Dovşanlı kəndində Milli Ordumuzun qalib gəldiyi II Qarabağ savaşından sonra normal həyatlarını sürməkdə davam edirlər.
Bunu kəndin qanunsuz “icma rəhbəri” Vaqram Andreasyan Xankəndindəki separatçı nəşrlərə açıqlamasında söyləyib.
“Kənddə hazırda 660 sakin var. 1 dekabr 2020-ci ildən 129 şagirdin təhsil aldığı məktəb və 25 körpənin getdiyi uşaq bağçası da açılıb. Müharibədən sonra kəndə digər ərazilərdən 22 erməni ailə köçürülüb.
İcma binası kənddəki boş evlərdən birində yerləşir. Ziyafət salonumuz yoxdur. Təcili yardım məntəqəsi qəzalı vəziyyətdədir. Kəndə qaz və elektrik enerjisi verilir. Su ilə bağlı problemimiz var, bunun üçün indi kəndə su kəməri çəkilir. Kəndi magistral yolla birləşdirən yol asfaltlanıb”- deyə “icma rəhbəri” bildirib.
V. Andreasyan kənd sakinlərinin işlə təmin olunmasından və gələcək planlarından bəhs edib. O, məşğulluğun əsas istiqamətlərinin heyvandarlıq, əkinçilik, bağçılıq, tərəvəz yetişdirmək, həmçinin, yaxınlıqdakı Kaşen mis-molibden mədənində bəzi işlərlə bağlı olduğunu qeyd edib. Hazırda kənd ot biçini ilə məşğuldur” – xəbərdə belə deyilir. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar