Xəbər lenti
Xocalını azad etmək vaxtıdır - Komitənin sədr müavini
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən "Xocalı soyqırımı - 25 il" mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbirdə yəhudi, xristian və müsəlman gənclərin, dini və dünyəvi təhsil alan tələbələrin iştirak etdiyini söyləyib: "Bununla mesaj vermək istəyirik ki, bu soyqırım, vəhşilik bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir".
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində aparılan işlərdən danışan G. İsmayılov bu sahədə gənclərin üzərinə də mühüm missiya düşdüyünü söyləyib: "Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə önünə çıxarılmasına nail olmalıyıq. Bu, gəncliyin, ümumən bəşəriyyətin məqsədlərindən biri olmalıdır. Nəhayət, biz mütləq Xocalıya qayıtmalıyıq. Xocalıya yol Azərbaycan xalqının əzmindən, aprel döyüşlərində olduğu kimi, əsgərimizin silahının tətiyindən keçir. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq, amma belə görünür ki, əsgərlərimiz olmasa, bu, mümkün olmayacaq”.
G. İsmayılov deyib ki, 26 fevral həm də dostlarla düşmənləri ayırd etdiyimiz gündür: "Biz inanırıq ki, Xocalı soyqırımının şahidi olanlar həm də Xocalıya qayıdışın şahidi olacaqlar. Dünyada başqa xalqlar da soyqırıma məruz qalıb, amma bəlkə də heç bir soyqırım Xocalıdakı qədər qəddarlıqla törədilməyib. Heç bir superdövlət hər hansı soyqırıma Xocalı soyqırımına olduğu qədər laqeyd münasibət göstərməyib. Xocalı bir vicdan testidir, bu testdən kimin çıxıb-çıxmayacağını zaman göstərəcək. Artıq Xocalının azad edilməsi üçün yola çıxmaq vaxtıdır".
Alban-udi xristian icmasının sədri Robert Mobili bildirib ki, Xocalı soyqırımı Azərbaycanda yaşayan bütün xalqların faciəsidir: "Əslində 200 ildir ki, Azərbaycan torpaqlarında soyqırımlar törədilməyə başlanıb. Ermənilər bu torpaqlara gələndən Qarabağdakı xristianları erməniləşdirdilər, alban abidələrini özününküləşdirdilər. Ona görə də biz bunu yaddaşımızdan silməməliyik. Erməni faşistləri tərəfindən törədilən Xocalı soyqırımı Holokost soyqırımına bərabərdir. Mən İsraildə olarkən Holokost muzeyinə gedirəm. Həmin muzeyə gedəndə insan dəhşətə gəlir. Biz də belə bir muzey yaratmalıyıq. Udilər də, alban xristian irsinin varisləri kimi biz də, bu ağrı-acını yaddan çıxartmırıq, xaricdə erməni vəhşiliklərinin ifşa edilməsi kampaniyalarında iştirak edirik".
Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov bu soyqırımın SSRİ-nin süqutundan az sonra törədildiyini xatırladıb: "Bizə sovet dövründə insana qarşı belə vəhşilik, soyqırım törətmək öyrədilməmişdi. Ermənilərin vəhşiliyi sovet dövründə gizli qalıb və şərait düşəndə üzə çıxıb. Mən onları xristian, heç vəhşi də adlandıra bilmirəm. Mən inanıram ki, Azərbaycan gec-tez ərazi bütövlüyünü bərpa edəcək, biz o torpaqlara qayıdacağıq".
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Xocalıda erməni faşistlərinin İŞİD-in üsulundan istifadə edərək soyqırım törətdiklərini vurğulayıb: "Xocalıda soyqırım törətməklə Azərbaycan xalqında xof yaratmaq niyyəti baş tutmayıb. Aprel döyüşlərində gənclərimizin vətənpərvərlik ruhunu gördük. Azərbaycan torpağı uğrunda canından keçənlər şəhidliyin mahiyyətini bizə çatdırır".
Daha sonra şəhidlərin ruhuna dua oxunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar