Xəbər lenti
DİN-in Mətbuat Xidmətinin əməkdaşları TƏLTİF OLUNDU

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşları "Polis Günü" münasibəti ilə təltif olunublar.
Manevr.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fəxri fərmanla təltif olunub.
Nazirin digər əmri ilə Mətbuat Xidmətinin inspektoru Anar Qafarova növbədənkənar polis mayoru rütbəsi verilib.
Bundan başqa, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı ilə təltif olunub.
Həmçinin, Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevə “Təşəkkür” elan edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































