Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Elm adamları istilərlə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI

Tarix: 02-07-2021 11:17     Baxış: 4170 A- / A+
Elm adamları istilərlə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI

Elm adamları istilərlə bağlı həyəcan təbili çalıb.


Kanada və ABŞ başda olmaqla, Şimal yarımkürəsində hiss edilən istilər iqlim dəyişikliyi ilə bağlı narahatlıqları artırıb.

Dünya Meteorologiya Təşkilatının (DMT) iqlim şöbəsinin direktoru Omar Baddour bildirib ki, bu cür havalara səbəb istixana qazlarının (su buxarı, karbon dioksid, metan) çoxluğu ilə qlobal istiləşmənin artmasıdır. DMT-yə görə həmçinin, isti hava dalğaları artıq daha tez başlayıb, daha gec bitir və bu vəziyyət insan həyatını təhlükəyə atan, ətraf mühit üçün ciddi fəsadlara yol açan böhran halına səbəb olub.

Böyük Britaniya Meteoroloji Xidmətinin iqlim məsələləri üzrə mütəxəssisi Nikos Kristidis iqlim dəyişikliyinin insanlardan qaynaqlandığını deyib. Tədqiqatçıların fikrincə, bütün bunlar yeni sosial və iqtisadi risklərlə nəticələnə bilər.

Qeyd edək ki, Kanadada havanın temperaturu rekord həddə çatıb. 50 dərəcəyə qalxan temperatur ölkənin qərb bölgələrində ölümlərə səbəb olub. Son 5 gündə 486 adam dünyasını dəyişib.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar