Sizin Reklam Burada
Xəbər lenti
24-01-2025
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

İyul ayına olan hava proqnozu açıqlanıb

Tarix: 30-06-2021 17:06     Baxış: 3197 A- / A+
İyul ayına olan hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.


Manevr.az
xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 21-26, gündüzlər 29-34, bəzi günlərdə 37-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 22-27, gündüzlər 33-38, bəzi günlərdə 40-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-21, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 36-73 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gundüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 9-118 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 22-27, gündüzlər 35-39, bəzi günlərdə 41-44 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 3-22 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 21-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 29-34, bəzi günlərdə 35-39 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 7-33 mm) olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar