Xəbər lenti
Həftənin ilk gününün hava PROQNOZU

İyunun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə olacaq.
Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti;
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
İyunun 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 37-42 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































