Xəbər lenti
Ermənilər ağaclara belə minalar quraşdırıbmış -ŞƏKİLLƏR

Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində düşmən tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib.
Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100, istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir.
Qəlpələri 100-160 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kq olan minanın 2 kq-ı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400 ədəd 1 sm ölçüsündə qəlpələr yayılır. Eyni zamanda partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 m məsafədə təhlükə törədir. 100 metr məsafədə qəlpələr təxminən 6.5-9.5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.
Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub. sabah.az
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































