Sizin Reklam Burada
Xəbər lenti
24-01-2025
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məkanında toy edən restoran sahibi həbs edildi -ŞƏKİLLƏR

Tarix: 24-06-2021 22:52     Baxış: 3201 A- / A+
Məkanında toy edən restoran sahibi həbs edildi

Şəmkir rayonunda yerləşən “Qala” restoranının sahibi Tural Zeynalov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, onunla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra cinayət məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə tövsif edilib və cinayət işinin araşdırılması üçün aidiyyəti üzrə rayon prokuroluğuna göndərilib.

Rayon məkməsinin qərarı ilə Tural Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı rayon prokurorluğunda araşdırmala davam etdirilir.

Qeyd edək ki, ötən gün DİN-in yaydığı açıqlamada sözügedən restoranda karantin qaydalarına zidd olaraq toy məclisinin keçirildiyi bildirilmişdi. Məlumata görə, polis əməkdaşları adıçəkilən restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub. O, daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə mane olub, onlara zor tətbiq edərək xuliqanlıq hərəkətləri edib.

Manevr.az

Məkanında toy edən restoran sahibi həbs edildi
Məkanında toy edən restoran sahibi həbs edildi
Məkanında toy edən restoran sahibi həbs edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar