Xəbər lenti
Zərərçəkmiş: “Ermənilər azərbaycanlı əsiri diri-diri yandırdılar”
“1994-cü ildə Kəlbəcər istiqamətində, Murovdağda əsir düşmüşəm”.
Bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında ifadə verən zərərçəkmiş Yaşar Abduləliyev deyib.
O bildirib ki, əsirlikdə olan zaman ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb: “Eyvaz, Seymur və mən əsir düşmüşdük. Ermənistan MTN-in nümayəndəsi gəlib bizimlə söhbət etməyə başladı. Çox işgəncə verdilər. Sonra dedilər ki, Seymura işgəncə veriləndə o, müqavimət göstərib, ermənilər də onun üstünə benzin töküb yandırıblar. Bizi ayağımızdan və başımızdan zəncirlədilər. Seymurun yanmış meyitini mənə göstərdilər. Sonra məni uzun müddət gizlətdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdu. Üç aydan sonra məni Şuşa türməsinə gətirdilər. Orada o qədər işgəncələr verdilər ki, ölümcül vəziyyətə düşdüm. Xankəndi uşaq xəstəxanasına aparıb müalicə elədilər, yenidən Şuşa türməsinə qaytardılar”.
“Mkrtiçyan, Qəhərmanyan, Petrosyan məni dəfələrlə döyürdü. Mkrtiçyan ağzıma rezin bağladı, ağac parçası və kəlbətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mkrtiçyan Şuşa türməsində bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirdi. Mkrtiçyan Suqovuşanda, Şuşa türməsində azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusi seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi.
Orda bir Bakı ermənisi mənə dedi ki, Mkrtiçyan Xocalı faciəsinin "qəhrəmanı"dır. Mkrtiçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orda Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq”. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar