Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda anomal istilər olacaq: Temperatur 44-ə yüksələcək

Tarix: 21-06-2021 15:10     Baxış: 3180 A- / A+
Azərbaycanda anomal istilər olacaq: Temperatur 44-ə yüksələcək

"Bu həftə ərzində ölkə ərazisinə cənub-şərqdən quru və qızmar hava axınlarının daxil olcağı gözlənilir. Nəticədə günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq".


Manevr.az
xəbər verir ki, bunu "report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, günəşli gündüzlərin davamlı olması da havanın maksimum qızması üçün şərait yaradacaq: "Sutkalıq temperatur normasından xeyli yüksək olan anomal güclü istilərlə əlaqədar bu günlərdə açıq havada olarkən kölgəli yerlərdə olmağa çalışın. Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur. Zəif və mülayim cənub-şərq küləkləri üstün olacaq".

U.Tağıyeva yüksək temperatur rekordlarının yenilənəcəyinin gözlənildiyini bildirib: "Həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40, bəzi yerlərdə 44 dərəcəyədək çatacağı gözlənilir".

Xidmət rəisi əlavə edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək yüksələcək: "Unutmayaq ki, beynəlxalq metodlara əsasən havanın temperaturu kölgədə ölçülür və böyük şəhərlərdə asfalt-beton örtük istilik effektini daha da artırır. Bu səbəbdən də şəhərin bəzi yerlərində 40-42 dərəcə hiss ediləcək. İlkin hesablamalara əsasən həftənin sonunda güclü istilər bir qədər azalacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar