Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu yollar bağlanacaq - VİDEO

Tarix: 20-06-2021 10:15     Baxış: 2166 A- / A+
Bakıda bu yollar bağlanacaq - VİDEO


Bu gün paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Manevr.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xəbər yayıb.

Qurumun əməkdaşı Araz Əsgərli bildirib ki, həmin gün paytaxt Bakıda futbol üzrə Avropa çempionatının 3-cü oyunu keçiriləcəyindən hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollar bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, oyun gunu azarkeslərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır.

Agentliyin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər diqqətli olsunlar. Çünki Bakı Olimpiya Stadionu ətrafındakı küçələrdə və prospektlərdə qadağan olunan ərazilərdə park edilən avtomobillər Məhəmməd Füzuli və Mirzəağa Əliyev küçələri arasında yerləşən yeraltı avtomobil dayanacağına daşınacaq.

Bildirilib ki, ötən oyunlar zamanı bəzi azarkeşlər avtomobillərini Bakı Olimpiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park ediblər. Bu da ərazidə nəqliyyatın sıxlığına səbəb olub. Nəticədə Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən avtobusların hərəkət intervalında yubanmalar yaranıb. Xüsusilə avtobusların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar