Xəbər lenti
İranın yeni prezidenti İbrahim Rəisi kimdir?
İranın yeni prezidenti İbrahim Rəisi 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açıb. O ibtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlayıb. O həmçinin Şəhid Mütəhhəri adına universitetdə fiqh və hüquq fakultəsinin doktoranturasını da bitirib.
Manevr.az xəbər verir ki, 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi, Həmədan şəhərində də eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub.
Seyid Əli Xameneinin rəhbərliyə başlaması ilə İbrahim Rəisi, Tehranın baş prokuroru olaraq təyin olunur. Rəisi, 1994-cu ildə ölkənin müfəttişlik təşkilatının müdiri olaraq seçilir və 10 il boyunca bu vəzifəsində qalır. 2004-cü ildən 2014-cü ilədək ölkənin ədliyyə qüvvəsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib. On 2015-ci ildən etibarən, ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunur. 2006-cı ildən etibarən Cənubi Xorasan şəhərinin Xobreqan məclisində olan nümayəndəsidir.
Qeyd İranda keçirilən prezident seçkilərində prezidentliyə namizəd İbrahim Rəisi 17,8 milyon seçicinin səsini qazanaraq qələbəsini təmin edib. Bu seçicilərin 50 faizindən çoxunun səsi deməkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar