Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü -ŞƏKİLLƏR

Tarix: 18-06-2021 20:38     Baxış: 3174 A- / A+
“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə həyata keçirdiyi “Qarabağ Zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı gənc qalibləri Türkiyəyə səfərə yollanıblar.

Həmçinin bu həftə müsabiqənin qalibi seçilmiş türkiyəli gənclər ölkəmizə səfər ediblər. Onların Bakıda Şəhidlər və Fəxri Xiyabanı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarətləri təşkil olunub. Növbəti gün Gəncə şəhərinə yola düşən qonaqlar Nizami Gəncəvi məqbərəsi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, İmamzadə dini kompleksinə ziyarət ediblər.

“Qarabağ Zəfəri” müsabiqəsinin qalib türkiyəli və azərbaycanlı gənclər eyni zamanda ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti cənab Receb Tayyib Ərdoğanla görüşüblər.

Qeyd edək ki, elan olunmuş rəsm müsabiqəsi şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərə həsr olunub, əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə təcəssüm etməkP və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirmək idi. Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TÜGVA) bu il də hər iki ölkənin gəncləri üçün ortaq layihələrin həyata keçiriləcəyini bildiriblər. oxu.az

Manevr.az

“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü
“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar