Xəbər lenti
Müşfiq Məmmədli: "Bu ilki peşə bayramımız xüsusi məna daşıyır..."
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Manevr.az-ın məlumatına görə, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt İcra Hakimiyyəti başçısınını müavini Ülviyyə Müzəffərova, Sumqayıt Şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova və tibb müəssisələrinin rəhbərləri xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, Sumqayıt şəhərindəki abidəsinin önünə tər çiçəklər düzüblər. Daha sonra Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Tibb xidməti rəisi Şöhrət Qasımov, həmçinin baş gizir və hərbi tibb qulluqçu Eldar Abdullayevin məzarları ziyarət edilərək tibb işçiləri adından əklil qoyulub.
Tədbirin sonunda çıxış edən millət vəkili Müşfiq Məmmədli bildirib ki, bu ilki peşə bayramımız xüsusi məna daşıyır: Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi dövründə eləcə də hələ də davam edən pandemiya şəraitində həkimlərimizin həmçinin səhiyyə işçilərimizin fədakarlığı danılmazdır. Çətin və ağır dövrdə göstərilən tibbi xidmət, insanlarımızın sağlamlığının təmin edilməsi dövlətimiz üçün böyük önəm kəsb edirdi. Bu yöndə ölkə rəhbəri cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı, həmçinin, verilən qərarlar səhiyyə işinin daha səmərli təşkil edilməsində əsas rol oynadı.
Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.
Millət vəkili müasir dövrdə Azərbaycan səhiyyəsinin inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, Mehriban xanım Əliyevanın ölkəmizdə əhalinin, xüsusilə də gənc nəslin sağlamlığı ilə bağlı ən mühüm problemlərin həllinə yönəlmiş addımları, onun tövsiyəsi ilə qəbul olunmuş qərarlar, qanunlar, Dövlət proqramları, yaradılan tibb mərkəzləri səhiyyəmizin tərəqqisinə böyük töhfədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar