Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vətən müharibəsində şəhid olan tibb işçiləri - 9 həkim, 7 feldşer, 26 sanitar

Tarix: 17-06-2021 13:45     Baxış: 4269 A- / A+
Vətən müharibəsində şəhid olan tibb işçiləri - 9 həkim, 7 feldşer, 26 sanitar

Bu gün insanların xəstəliklərinə çarə axtaran ağxalatlı peşə sahiblərinin - tibb işçilərinin bayramıdır.

2001-ci ildən etibarən Azərbaycanda iyunun 17-si Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri də öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdilər. 44 gün boyunca cəbhədə qəhrəmanlıq və şücaət göstərən təkcə hərbi qulluqçular olmadılar, bu sırada həm də həkimlər, kiçik tibb işçiləri vardı.

Müharibədə onların da üzərinə çox böyük yük düşmüşdü. Vətən müharibəsinə qatılan həkimlər mərmi yağışı altında yaralı əsgərlərimizi xilas etmək üçün çarpışırdılar.

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı 159 hərbi tibb işçisi yaralanıb.

Manevr.az xəbər verir ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən verilən məlumata görə, ümumilikdə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Qeyd edək ki, Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.
2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid həkimlərdən danışarkən Azərbaycan Tibb Universitetinin məzunları olmuş tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev, tibb xidməti leytenantı Azər Şəmilov, tibb xidməti leytenantı Turqut Xəlilbəyli, tibb xidməti leytenantı Adil Əfəndiyev, tibb xidməti leytenantı Mirlətif Ağayev, tibb xidməti kapitanı Anar Məmmədov, tibb xidməti giziri Eldar Abdullayev, tibb xidməti baş leytenantı Nurlan Fərəməzov, tibb xidməti baş leytenantı Şöhrət Qasımov, tibb xidməti leytenantı Tariyel Salmanov və digərlərini xatırlamalıyıq.

Manevr.az
Vətən müharibəsində şəhid olan tibb işçiləri - 9 həkim, 7 feldşer, 26 sanitar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar