Xəbər lenti
Paşinyan bu şəxslərə 1000 dollar vəd etdi
"Mülki müqavilə" partiyası seçki təşviqatı dövründə rüşvət cəhdi və ya verilməsi ilə bağlı sübut təqdim edən hər kəsə 500 min dram (təxminən min dollar) mükafat veriləcəyini elan edib.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Cermuk şəhərinin sakinləri ilə görüşdə açıqlama verib.
"Dövlət və ya qeyri-hökumət təşkilatlarının işçiləri tərəfindən seçicilərə qanunsuz yolla təsir göstərilməsi cəhdlərinə dair sübut təqdim edənlərə bu məbləği ödəyəcəyik", - deyə Paşinyan qeyd edib.
O bildirib ki, bu günə qədər seçicilərə rüşvət verməsi faktına görə beş nəfər həbs olunub, daha on nəfər barəsində həbs qətimkan tədbiri seçilib, digər 50 nəfər isə şübhəli kimi nəzarətdə saxlanılır.
Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarının yaxın gələcəkdə "bol məhsul" vəd etdiklərini sözlərinə əlavə edərək bu qəbildən həbslərin artacağına işarə edib.
Xatırladaq ki, iyunun 20-də Ermənistanda 21 partiya və 4 blokun iştirakı ilə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar