Xəbər lenti
Əlcəzairdə Parlament seçkilərinin nəticələri: Milli Qurtuluş Cəbhəsi birinci, Müstəqillər ikinci yerdə gəlir

Əlcəzair (APS) - Müstəqil Milli Seçki İdarəsinin (ANİE) sədri Məhəmməd Şerfi tərəfindən elan olunan ilkin nəticələrə görə, 12 iyunda Əlcəzairdə keçirilən parlament seçkilərində Milli Xalq Məclisindəki 407 kürsüdən 105-ni Milli Qurtuluş Cəbhəsi (FLN) partiyası qazandı.
Milli Qurtuluş Cəbhəsi (FLN) partiyasından sonra Müstəqillər 78, Sülh Toplum Hərəkatı (MSP) 64, Demokratik Milli Birlik Partiyası (RND) 57, Əl-Mustakbel partiyası 48, Əl-Bina hərəkatı 40 yer qazanıb.
Çərşənbə axşamı Müstəqil Milli Seçki İdarəsinin sədri Məhəmməd Şerfinin elan etdiyi yeni Milli Xalq Məclisindəki yerlərin bölgüsü :
Partiyalar və müstəqillər : Yerlərin sayı :
- Milli Qurtuluş Cəbhəsi (FLN) 105 yer
- Müstəqillər 78 yer
- Demokratik Milli Birlik Partiyası (RND) 57 yer
- Sülh Toplum Hərəkatı (MSP) 64 yer
- Əl-Mustakbel partiyası 48 yer
- Əl-Bina hərəkatı 40 yer
- Xalq Səsi Partiyası 03 yer
- Düzgün idarəçilik partiyası 03 yer
- Ədalət və İnkişaf Partiyası 02 yer
- Azadlıq və Ədalət Partiyası 02 yer
- Əl-Fəcr əl-Cadid Partiyası 02 yer
- Yeni Əlcəzair Partiyası 01 yer
- Əl-Karama Partiyası 01 yer
- Cil-Cadid Partiyası 01 yer
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































