Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Amnesty İnternational” Azərbaycanda vəziyyətin pisləşdiyini bəyan edir

Tarix: 22-02-2017 17:13     Baxış: 1282 A- / A+
"Amnesty İnternational” Azərbaycanda vəziyyətin pisləşdiyini bəyan edir


“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı fevralın 22-də hesabat yayıb. Hesabatda 159 ölkədə insan haqlarının durumu qiymətləndirilib. Azərbaycanla bağlı hissədə ölkədə konstitusiyaya dəyişiklik edildiyi, prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin artırıldığı vurğulanır.

Azadliq.org-un məlumatına görə, Azərbaycanda müxalifətçi fəalların, insan haqları təşkilatlarının və müstəqil mətbuatın repressiyaya məruz qaldığı, təşkilatların çoxunun fəaliyyətini dayandırmalı olduğu, beynəlxalq qurumların müşahidəçilərinin isə ölkəyə buraxılmadığı qeyd edilir.

“Amnesty İnternational” Azərbaycan hökumətinin siyasi fəalları müxtəlif bəhanələrlə həbsə atdığını, bir çoxlarının, o cümlədən REAL Hərəkatının lideri İlqar Məmmədovun bütün beynəlxalq çağırışlara baxmayaraq azad edilmədiyini bildirir. Azad edilən fəalların – jurnalist Xədicə İsmayılın, hüquq müdafiəçisi İntiqam Əliyevin ölkədən çıxmasına icazə verilmədiyi, bəzilərinin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığı xatırladılır. Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, 100-dən çox adamın, o cümlədən gənclərin, jurnalistlərin siyasi baxışları ucbatından barmaqlıqlar arxasına salındığı qeyd olunur.

Hesabatda Azərbaycanda mətbuatın repressiyalardan özəlliklə əziyyət çəkdiyi vurğulanır, hökumətə qarşı yazan jurnalistlərin təqiblərlə, hədə-qorxu ilə, fiziki zorakılıqla üzləşdiyi deyilir.

Qeyd olunur ki, Azərbaycanda manatın devalvasiyasına dinc etirazları polis və təhlükəsizlik qüvvələri güclə boğub.

“Amnesty İnternational” Azərbaycanın hüquq mühafizə orqanlarında tutulanlarla sərt rəftar edildiyini, çox adamın işgəncələrə məruz qaldığını da vurğulayır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar