Xəbər lenti
"Mən onu həmişə öyrənən görmüşəm..."- Millət vəkili müəllimini belə təbrik etdi
Bu gün əməkdar elm xadimi, professor Şahlar Əsgərovun yubileyidi, 80 yaşı tamam olur. Bu münasibətlə professora çoxsaylı təbrik ünvanlanıb. Ş. Əsgərovun tələbəsi, Milli Məclisin deputatı Etibar Əliyev də müəllimini təbrik edib.
Manevr.az həmin təbrik məktubunu təqdim edir:
"İyun ayının 15-də Fizika - riyaziyyat elmləri doktoru professor, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun 80 yaşı tamam olur. Şahlar müəllim bizə ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) fizikanı öyrədib. O vaxtlar yetişən fiziklər ordusunda onun böyük əməyi var. Bunu heç kim inkar edə bilməz. Böyük fizik, Nobel mükafatı laureatı Verner Heyzenberqin maraqlı bir fikri yadıma düşdü: “Öz sahəsini mükəmməl bilən hər bir şəxs həm də yaxşı filosofdur”. Bu mənada müəllimimiz həm də yaxşı filosofdur. Bizim tanıdığımız alimlərimizdən çoxu öz sahələrində külüng çalmaqla kifayətləniblər. Ancaq Şahlar müəllim fizikanın tədrisi ilə yanaşı, həm də təhsil məsələləri ilə dərindən məşğul olur.
Mən Şahlar Əsgərovu necə tanıyıram? Böyük fizik alim kimimi? Əməkdar elm xadimi, professor kimimi? İctimai xadim kimimi? Ağsaqqal bir dost və himayədar kimimi? Müəllimim kimimi? Təhsil eksperti kimimi? Bu suallara birmənalı cavab vermək çətindir. Müəllimim Şahlar Əsgərov iti rasional düşüncəyə, analitik təhlil qabiliyyətinə malik olan bir alimdir. Müəllimim Şahlar Əsgərov əqidəsində möhkəm, siyasi mövqeyində sabit adamdır. Şahlar müəllim hansısa hadisənin məntiqi təhlilini emosional fonla birləşdirə bilir. Bu keyfiyyət sağlam düşüncənin məhsuludur. Şahlar Əsgərov ən rasional elmi təmsil etsə də təfəkkür tərzinə görə intellektualdır. Mən onu həmişə öyrənən görmüşəm. Hər hansı tədbirdə istənilən məsələ barədə söhbət gedəndə ən orijinal fikiri Şahlar müəllim söyləyir. Bu məni tələbəsi kimi çox sevindirir. Yeri gəlmişkən, onun böyüklüyünü sübut edən bir faktı da deyim: Tələbələrindən nəyisə öyrənməsindən qürur duyur. Bu alimə xas olan mühüm keyfiyyətlərdən biridir.
Onun “Kamilləşən düşüncə” adlı fundamental əsəri Düşüncənin fəlsəfəsidir.
Əsl alimin bir əlaməti də özünü dərki ilə yanaşı, özünə sevgi, özünə hörmətidir. Daha doğrusu, insanlığa sevgi və hörmət şəxsi nümunənin prizmasından keçməlidir. Şahlar müəllim başqalarına hörmətlə yanaşmağı bacardığı kimi, özünə hörmət etdirməyi də bacarır. Böyük alim, Nobel mükafatı laureatı Bertran Rasseldən soruşurla ki, kimi əsl centlmen hesab etmək olar. Onun cavabı belə olur: "Centlmen o adamdır ki, onunla ünsiyyətdə hər bir kəs istər-istəməz centlmen olur". Şahlar Əsgərovun səmimiyyəti istər-istəməz həmsöhbətini də səmimi olmağa vadar edir.
Müəllimim professor Şahlar Əsgərova uzun ömür, can sağlığı arzulayıram".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar