Xəbər lenti
YAP Mərkəzi Aparatında Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib -ŞƏKİL
Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib.
Manevr.az-ın məlumatına görə, YAP Sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, təhsilimizin inkişafında xüsusi xidmətləri olan, gənc nəslin təlim-tərbiyəsinin formalaşmasında özünəməxsus dəsti-xətti ilə seçilən görkəmli ziyalı və dəyərli alimimiz olaraq Şahlar Əsgərov uzun illərdir ki, Azərbaycan elminin tərəqqisinə samballı töhfələr verir, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir.
Tahir Budaqov qeyd edib ki, Şahlar Əsgərovun Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyi də danılmazdır. Belə ki, o, xalqımızın, dövlətimizin müqəddəratının həll olunduğu bir dövrdə ulu öndər Heydər Əliyevə tarixi müraciət edən 91 ziyalımızdan biridir. Şahlar Əsgərov həmçinin, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının təşkilatlanma prosesində fəallıq göstərib, bir ziyalı kimi üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib. Uzun müddət YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının sədri kimi uğurlu fəaliyyət göstərib, hazırda isə YAP Veteranlar Şurasının üzvü olaraq partiyamızın həyatında yaxından iştirak edir.
Yubilyarı doğum günü münasibəti ilə təbrik edən YAP-ın Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə professor Şahlar Əsgərovu hər zaman öz sözü və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə edib.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən professor Şahlar Əsgərov partiyanın VII Qurultayında ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edib, bundan sonra da üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini bildirib.
Qeyd olunub ki, Şahlar Əsgərovun çoxşaxəli və zəngin fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, 1999-cu ildə "Şöhrət" ordeninə, 2001-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar