Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda istifadə edilən 4 peyvənd: FƏRQLƏRİ AÇIQLANDI

Tarix: 14-06-2021 13:09     Baxış: 4114 A- / A+
Azərbaycanda istifadə edilən 4 peyvənd: FƏRQLƏRİ AÇIQLANDI


Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ölkəmizdə tətbiq olunan peyvəndlər barədə müsahibə verib.


Manevr.az müsahibəni təqdim edir:

- Hazırda ölkəmizdə hansı peyvəndlər tətbiq olunur?

- Hazırda ölkəmizdə Çinin Sinovac Biotech (SVA.O) şirkətinin istehsal etdiyi COVID-19-a qarşı "CoronaVac" peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimlərinin hazırladığı "AstraZeneca" (Vaxzevria), Rusiyanın Gamaleya Universitetində yaradılan "Sputnik V" və Pfizer-Almaniya biotexnologiya şirkəti BioNTech-in Amerika Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırladağı mRNT əsaslı peyvəndlər istifadə olunur.

- Ölkəmizdə 4 peyvəndin tətbiqi davam etdirilir. Bu peyvəndlər bir-birindən nə ilə fərqlənir?

- Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı ən effektli və iqtisadi cəhətdən ən əlverişli mübarizə üsulu peyvəndləmədir. Peyvənd immun sisteminizə müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Gələcəkdə həmin virus və ya bakteriya ilə bədən rastlaşarsa, immun sisteminiz artıq onlarla necə mübarizə aparacağını biləcək.

Dünyada peyvəndlənməyə iki cür yanaşma mövcuddur GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı da bunu təsdiq edir. Canlı zəiflədilmiş peyvəndlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. Canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv peyvəndlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar.

"Sinovac" şirkətinin "CoronaVac" peyvəndi daha "ənənəvi" üsulla hazırlanan inaktiv peyvənddir, peyvəndlərin çoxunda istifadə olunan və sübut olunan texnologiyadır. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir, yəni əsas komponenti canlı olmayan virus hüceyrəsidir, xəstəliyə səbəb ola bilməz, ancaq immunitet reaksiyasını yaradır. Şirkət peyvəndin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVID-19 xəstələrindən nümunələr götürüb. "CoronaVac" iki dozalı peyvənddir, bütün məlum olan peyvəndlər kimi.

Braziliyalı alimlər Sinovac peyvəndinin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildiriblər.

Azərbaycan hökuməti tərəfindən COVAX platformasının dəstəyi ilə AstraZeneca-SKBio (Cənubi Koreya) tərəfindən istehsal olunan AstraZeneca vaksini də ölkəmizdə tətbiq edilir. Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, COVID-19 virusunun geniş yayılmasının qarşısının alınmasında yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər. Peyvənd vektor üsulu ilə hazırlanıb. Bu üsül yenilik deyil, vektor üsulu ilə peyvəndlərin tədbiqi 1990-cı illərdə başlanıb. Orqanizm xarici bir zülalla təmasdan sonra virusa qarşı anticismlər istehsal etməyə başlayır. Peyvəndi adi məişət soyuducularında müvafiq temperaturlarda sabit saxlamaq olar və iki dozalıdır.

"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri – standart soyuducuda 2-8 dərəcədə saxlanılmasının mümkünlüyüdür. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Bu o deməkdir ki, həm Sinovac, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.

Rusiyanın “Sputnik V” peyvəndi insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən peyvəndlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır.

Koronavirusa qarşı mövcud olan qabaqcıl peyvəndlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir. Kliniki sınaqların nəticəsi olaraq "Sputnik V"nin yüksək effektivlik – 91.6 faiz, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Elmi sınaqların nəticəsi olaraq açıqlamada qeyd olunub ki, “Sputnik V” peyvəndi ağır xəstəlik hallarına qarşı tam qorunmanı təmin edir və yeniləri də daxil olmaqla koronavirusun bilinən bütün variantlarına qarşı eyni dərəcədə təsirlidir.

Pfizer-BioNTech peyvəndinin hazırlanmasında mRNT olan lipid örtüklü nanohissəciklər istifadə olunub. Peyvəndlərin ənənəvi hazırlanan texnologiyalardan fərqli olaraq, Pfizer mənfi 70 dərəcədə saxlanılmalıdır. Bunun üçün xüsusi avadanlıq lazımdır. Pfizer-BioNTech peyvəndinin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır.

"İki doza" tələbi Azərbaycanda tətbiq olunan bütün peyvəndlərə (CoronaVac, AstraZeneca, Sputnik V və Pfizer) aid edilir. Azərbaycan peyvəndləməyə başlayan ilk ölkələrdən biridir. Artıq ölkəmizdə 18 yaşdan yuxarı heç bir məhdudiyyət yoxdur, hər kəs peyvənd oluna bilər. Seçimə gəldikdə isə, vətəndaşın öz seçimidir. Vətəndaşlarımız hazırda ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiyini seçə bilər.

Yanvar ayından başlanan peyvəndləmə prosesinə ilk günlər insanlar şübhə ilə yanaşsalar da, bu gün artıq hər kəs anlayır ki, istənilən peyvəndin yeganə məqsədi xəstəliyə qarşı orqanizmdə immunitet yaratmaqdır. Bu da COVID-19 virusunun səbəb olduğu və yaratdığı xəstəlikdən yeganə müdafiə yoludur.

Manevr.az

Azərbaycanda istifadə edilən 4 peyvənd: FƏRQLƏRİ AÇIQLANDI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar