Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ərdoğana Şuşanın Fəxri vətəndaşı adı verilsin!" - Komitə sədrindən unikal təklif

Tarix: 13-06-2021 14:10     Baxış: 3197 A- / A+
"Ərdoğana Şuşanın Fəxri vətəndaşı adı verilsin!" - Komitə sədrindən unikal təklif

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ilə bağlı xüsusi təkliflə çıxış edib.

Manevr.az xəbər verir ki, bu barədə Musa Quliyev ölkə.az-a açıqlamasında bildirib.

"Cənab Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana haqq mübarizəsində verdiyi hərtərəfli dəstəyə, eyni zamanda Qarabağa, xüsusən də, Azərbaycanın incisi olan Şuşaya ilk səfər edən Türkiyə Cümhuriyətinin Prezidenti olduğunu nəzərə alaraq Rəcəb Tayyib Ərdoğana Şuşanın fəxri vətəndaşı adı verilməsini təklif edirəm".

Ərdoğanın Şuşaya səfərini şərh edən komitə sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin " Bir millət, iki dövlət" konsepsiyası uğurla inkişaf edir, gücümüzə güc qatır, xalqlarımıza nailiyyətlər bəxş edir.

"Gələn həftə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcəkdir. Xoş gəlib, səfa gətirir. Bakı da, Şəki də, Naxçıvan da, Gəncə də, Lənkəran da, Azərbaycanın hər bölgəsi onun doğma evidir. Amma bu səfərin tarixi əhəmiyyəti ondan ibarətdir ki, böyük dünya Lideri cənab Ərdoğan mədəniyyət paytaxtımız olan Şuşaya gedəcək, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə birlikdə tarixi şəhərimizin yeni doğuluşunun bünövrə daşları olacaq layihələrin əsasını qoyacaqlar, tarixi sənədlər imzalayacaqlar. 44 günlük Zəfər Savaşı dövründə Türkiyə dövlətinin və şəxsən cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın əsl təntənəsi oldu. Gələn həftə iki qardaş ölkənin qardaş liderləri Şuşa ucalığında qürurla dalğanacaq ay ulduzlu cüt bayrağın sülh, qardaşlıq, tərəqqi və ədalət salamını dünyaya çatdıracaqlar", - deyə millət vəkili qeyd edib.

Komitə sədri əlavə edib ki, bu, Şuşanın tarixinin ən şərəfli günlərindən biri olacaqdır: "Cənab Prezidentin qalib Ali Baş Komandan olaraq Şuşaya ilk səfəri kimi, Hörmətli Mehriban xanımın təşkilatçılığı ilə Şuşada yüksək səviyyədə keçirilən "Xarı Bülbül" festivalı kimi cənab Ərdoğanın Şuşaya səfəri də tariximizə qızıl hərflərlə yazılacaqdır.

Müqəddəs yerlərə səfər ziyarətdir. Uca Allah ziyarətinizi qəbul eləsin, cənab Ərdoğan! Çox arzu edirəm və təklif edirəm ki, cənab Rəcəb Tayib Ərdoğan Şuşanın fəxri vətəndaşı olsun. Bu ad Şuşaya da yaraşır, cənab Rəcəb Tayyib Ərdoğana da. Tanrı birliyimizi qorusun!"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar