Sizin Reklam Burada
Xəbər lenti
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsində Avropa Komissiyasının əlaqələndiricisi ilə görüş keçirilib

Tarix: 10-06-2021 16:59     Baxış: 3193 A- / A+
Dövlət Komitəsində Avropa Komissiyasının əlaqələndiricisi ilə görüş keçirilib

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovartla görüşüb.

Görüşdə Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaq imkanı qazanması, bunun üçün hazırlıq işlərinə başlanması barədə qonağa məlumat verilib. Prezident İlham Əliyevin bu məsələlərə xüsusi diqqət yetirdiyi, bərpa-quruculuq işlərinin gedişini şəxsən nəzarətdə saxladığı, Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez işğaldan azad edilmiş ərazilərdə olduğu bildirilib. Vurğulanıb ki, həmin ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” kimi ən müasir layihələr icra ediləcəkdir və bu işlər bir sıra Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının başlanması üçün ərazilərin minalardan təmizlənməsinin vacibliyi qeyd edilib, Ermənistanın müvafiq xəritələri verməməklə beynəlxalq normaları pozduğu diqqətə çatdırılıb.

Dövlət Komitəsi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Ağdamda, Tərtərdə və Füzulidə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin keçirildiyi bildirilib.

Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart səmimi görüş üçün təşəkkür edib. O, Azərbaycan hökumətinin müharibə nəticəsində ziyan dəymiş yerlərin bərpası üçün proaktiv fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda, hərbi münaqişədən əziyyət çəkmiş insanlara yardım göstərilməsi üçün Avropa İttifaqı tərəfindən vəsait ayrıldığını bildirib. Nikolas Qovart mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Avropa İttifaqına məcburi köçkünlərə dəstək məqsədi ilə keçirilən layihələrinə görə təşəkkür edilib. Dövlət Komitəsi tərəfindən növbəti layihələrin icrası üçün zəruri dəstəyin göstəriləcəyi nəzərə çatdırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar