Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında ilk dəfə dissertasiya işlərinin müdafiəsi keçirilib -ŞƏKİL

Tarix: 09-06-2021 17:34     Baxış: 4123 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında ilk dəfə dissertasiya işlərinin müdafiəsi keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Birdəfəlik dissertasiya şurasında ilk dəfə dissertasiya işlərinin müdafiəsi keçirilib.

Manevr.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 2 noyabr 2020-ci il tarixli F-152 saylı əmrinə əsasən, 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə Azərbaycan İlahiyyat İnstitutunda yaradılmış BFD 4.03 Birdəfəlik dissertasiya şurasında dissertasiya işlərinin müdafiəsi keçirilib.

Dissertasiya işlərinin müdafiəsi “ZOOM” proqramı vasitəsilə onlayn formatda təşkil olunub.

Məlumat üçün bildiririk ki, 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Aliyə Samir qızı Mürsəlovanın “İslamda vərəsəlik hüququ (hənəfi məzhəbi əsasında)” və Dürdanə Şükür qızı Cəfərlinin “Müasir islamşünaslıqda “həqiqi İslam” konsepsiyası” mövzularında dissertasiya işlərinin müdafiəsi baş tutub.

Müdafiə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Fəlsəfə doktoru dissertasiyalarının müzakirəsinin keçirilməsi qayadaları” və “Karantin dövründə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müzakirə, seminar və müdafiəsinin keçirilmə qaydaları”na uyğun formada təşkil edilib.

Qeyd edək ki, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə fəaliyyət göstərir.

Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə müvafiq olaraq yaradılıb.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında ilk dəfə dissertasiya işlərinin müdafiəsi keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında ilk dəfə dissertasiya işlərinin müdafiəsi keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında ilk dəfə dissertasiya işlərinin müdafiəsi keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında ilk dəfə dissertasiya işlərinin müdafiəsi keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar