Xəbər lenti
Əli Kərimlinin fanatı şəhidləri təhqir etdi
Sözsüz ki, hər bir insan öz fikrini ifadə etməkdə sərbəstdir. Lakin bizim bəzi "fəallar" söz azadlığı ilə təhqir arasında fərqi ya bilmir, ya da bilərəkdən səhv salmağa çalışır. Bu tip insanlar unudur ki, hər bir tənqidin sərhədi, həddi olmalıdır. Ümummilli məsələlərdə hər bir vətəndaş üçün müqəddəs bir anlayış olmalıdır - tənqidi bir kənara qoyub, düşmənə qarşı birgə mübarizə aparmaq. Milli məsələrdə belə bir hal dünyanın heç bir demokratik ölkəsində bağışlanmır və qanun qarşısında cavab verməli olur.
Təəssüf ki, Azərbaycanda özünü müxalifət adlandıran bir təbəqə üçün belə bir tabu yoxdur. Bu dəfə növbəti hədyan və təhqir AXCP sədri Əli Kərimlinin fanatları sırasında olan Dilarə Miriyeva adlı bir fəaldan gəlib. İnsan şərəf və ləyaqat hissinini nə qədət itirməlidir ki, şəhid olan insanaların xatirəsini yad edənlər haqqında təhqiredici və alçaldıcı ifadəyə yol versin. Bu ifadəsi ilə tək onları yox, şəhidləri də təhqir etmiş olub.
Özünü "azadlığ carçısı" kimi qələmə verən bu "xanım" sosial şəbəkədə yazdığı statusunda Qarabağda minaya düşərək şəhid olan jurnalistlərin xatirəsini yad etmək üçün onların çalışdığı əraziyə gələnləri "zurnalist" adlandırır. Bununla da iç üzünü ortaya qoymuş olub. Ən iyrənci isə övlad anası olan bu qadının ermənilərə çağırışı - erməni hakimiyyətini Bakını bombalamağa çağırışıdır. Bu statusu ilə nəinki onları, şəhid olanları da təhqir etmiş olub.
Maraqlı olan başqa məsələdir. Əli Kərimli rəzilliyə necə reaksiya verəcək- üzdəniraq fanatını cəzalandıracaq, ya fikir azadlığına hörmət edib üstündən keçəcək? Bu "aktivistə" qadın adını deməyə adamın dili də gəlmir./milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar