Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli:"Mənfur düşmən unutmasın ki, bu dəmir yumruq onları tamamilə əzməyə qadirdir!"

Tarix: 05-06-2021 11:44     Baxış: 3192 A- / A+
Müşfiq Məmmədli:"Mənfur düşmən unutmasın ki, bu dəmir yumruq onları tamamilə əzməyə qadirdir!"

"İyunun 4-ü işğaldan azad edilmiş torpaqlarımızda öz vəzifə borclarını həyata keçirən iki jurnalist qardaşımız, Sirac Abışov ilə Məhərrəm İbrahimovun, eyni zamanda Kəlbəcər rayonu Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları bizi dərindən sarsıtdı".

Bunu Manevr.az-a Milli Məclisin deputatı Müşfiq Məmmədli dünən Kəlbəcər rayonu ərazisində baş vermiş faciəli partlayış hadisəsinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, mənfur düşmənin torpaqlarımıza tank əleyhinə minalar döşəməsi və mina xəritəsini kapitulasiya aktından sonra da bizə təhvil verməməsi bir daha onun alçaqlığından, vəhşiliyindən xəbər verir.
"Biz beynəlxalq təşkilatların bu hadisəyə ədalətlə qiymət verməyini, mina xəritəsini israrla Azərbaycana təhvil verməyən erməni faşistlərinin cəza almaları üçün beynəlxalq məhkəməyə çıxarılmalarını tələb edirik. Erməni vəhşiliyinə göz yumaraq hələ də ona havadarlıq edən bəzi “demokratik” dövlətlərə isə bu faciə bir görk olsun, mülki şəxslərə qarşı terror aparan bir dövlətin yanında duran dövlətlər Terror dövlətləridir!
Azərbaycan xalqı, Azərbaycan ordusu öz Ali Baş Komandanı ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərinə öz hədlərini dəmir yumruqla bildirmişdir və mənfur düşmən unutmasın ki, bu dəmir yumruq onları tamamilə əzməyə qadirdir!",- deyə millət vəkili vurğulayıb.

M.Məmmədli Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə andığını bildirib və Allahdan onlara rəhmət diləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar