Xəbər lenti
“Biz 40 nəfərlə 25 azərbaycanlıya hücum etdik, birdə gördük ki...” - Erməni hərbçidən ŞOK ETİRAF
Ermənistan ordusunun sıralarına könüllü olaraq qatılmış Basarkeçer (ermənilər “Vardenis” adlandırır – red.) rayon sakini Siyak Xaçatryan 168.am nəşrinə erməni hərbiçilərin Azərbaycanla sərhəddə davranışına dair sensasion detallar danışıb.
Xaçatryan erməni hərbçılərin sərhəddə tez-tez Azərbaycan əsgərlərinə qarşı təxribatlara əl atdığını etiraf edib.
“Onlar (Azərbaycan əsgərləri nəzərdə tutulur – red.) hazırda yolun ətrafının infrastrukturu ilə məşğuldurlar. Bizlərlə işləri yoxdur. Biz isə boş oturmuruq. Amma nə vaxt onlara mane olmaq istəsək, azərbaycanlı hərbçilərin sayı birdən-birə artır və biz tez bir zamanda geri çəkilməyə məcbur oluruq.
Məsələn, son insident zamanı (40 erməni əsgərinin Azərbaycan sərhədlərinə daxil olma cəhdi – red.) biz düşünürdük ki, 25-30 arası azərbaycan əsgərinə qarşı gedəcəyik, amma birdən-dirə onların sayı 150-yə çatdı. Onlar bir neçə saniyə ərzində çoxaldılar. Biz anladıq ki, dağın o tayında xeyli sayda qoşun yığılıb”, – deyə Xaçatryan bildirib.
O, həmçinin deyib ki, azərbaycan tərəfi hazırda dəhlizdəki işlərinə diqqət yetirir.
“Onlar tərəfindən hər hansı təxribat müşahidə edilmir”, – deyə erməni hərbçi qeyd edib.
Xatırladaq ki, iyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar. Azərbaycan Ordusunun dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar