Xəbər lenti
Qarabağda 5 milyon mina basdırılıb – Kuznetsov
Ermənistan tərəfindən mina xəritələrinin verilib-verilməməsi vəziyyəti dəyişməyəcək. Hərbi mütəxəssislərin hesablamalarına görə, ermənilər 30 il ərzində Qarabağ ərazisində 4-5 milyon mina basdırıb.
Manevr.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında məşhur rusiyalı tarixçi Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, bu qədər minanın xəritələşdirilməsi praktiki olaraq mümkün deyil:
“Hərbi əməliyyatlar başa çatdıqdan sonra erməni qüvvələri Azərbaycanın ayrı-ayrı rayonlarını (Laçın və Kəlbəcər) tələm-tələsik şəkildə tərk edərkən hara gəldi minaları basdırıblar və təbii ki, heç bir şey xəritələşdirilməyib. Həmin iki həftə ərzində erməni hərbçiləri tərəfindən basdırılan minaların sayını qiymətləndirsək, orada təxmini 100-200 min minanın olduğunu deyə bilərik. Buna görə də Ermənistan minalanmış ərazilərin xəritələrini versə də, onlara güvənmək olmaz. İstənilən halda azərbaycanlılar özləri bir-bir minaları tapıb çıxarmalı olacaqlar”.
Kuznetsov bildirib ki, 44 günlük müharibə dövründə Ermənistan ordusunun bir çox qərargahı, o cümlədən şəxsi heyət və bütün sənədlər Azərbaycan Silahlı Qüvvələrinin zərbələri ilə məhv edilib. Odur ki, İrəvanın mina xəritələri olmaya da bilər:
“Lakin Ermənistan tərəfinin Azərbaycanla bu məsələdə əməkdaşlığa getməməsi və bununla bağlı əllərində olan bütün sənədləri verməməsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin hələ də “darmadağın edilməmiş erməni ordusu” xülyasının mövcud olduğunu və guya onu bərpa etmək imkanının olduğunu göstərir. Onların məqsədi “intiqam”a nail olmaq üçün müharibəni bərpa etməkdir.
Bu cür fikirlər Ermənistan siyasi elitasının müəyyən hissəsi və ya bu ölkə daxilində ayrı-ayrı qruplar tərəfindən dəstəklənir. Həmin qruplaşmalar müharibədən əvvəlki vəziyyəti geri qaytarmaq arzusundadırlar".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar