Xəbər lenti
Ordu mənsubları Bakıda: nələr müzakirə edilir? - Türk general
Bu gün Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Bu toplantı 44 günlük İkinci Qarabağ savaşından sonra ordular arasında ilk yüksək səviyyəli toplatıdır. Burada ana prinsip Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırıqlar əsasında lazım olduğunda “Bir millət, iki dövlət” düsturundan çıxış edərək bir ordu kimi hərəkət edə bilmək hədəfinə çatmaqdır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib.
“Bir ordu olmaq həm satınalma, həm də müdafiə sənayesi sahəsində ortaq istehsal yolu ilə hər iki ordunun təchizat səviyyəsindən bir-birinə uyğunlaşdırılması və yüksəldilməsi deməkdir. Bu məsələ böyük əhəmiyyət kəsb edir”, - deyə o bildirib.
Y.Karauzun sözlərinə görə, burada ikinci ən önəmli məsələ fikir və ideya birliyidir:
“Bunlara hər iki ölkə prezidentlərinin göstərişləri əsasında keçirilən ortaq hərbi təlimlərin sayının artırılması, rabitə sistemlərinin bir-birinə uyğunlaşdırılması, hər iki ordu hərbçilərinin qərargahlarda müştərək fəaliyyət göstərməsi, NATO çərçivəsində proqramlar daxildir”.
General Hava Hücumundan Müdafiə Qüvvələrinin hazırlığından da danışıb:
“Hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində də mütəmadi olaraq təlimlər keçirilir. Konyada keçirilən “Anatolian Phoenix-2021” təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri də iştirak edir. Burada Türkiyə və Azərbaycanın hərbi təyyarələrinin birgə uçuşlar həyata keçirmə qabiliyyəti, təyyarələrin dost-düşmən tanıma sistemlərinin uyğunlaşdırılması, müxtəlif döyüş taktika və formalarının tətbiqi ilə bağlı detallar üzərində təlim-məşq proqramları gerçəkləşdirilir”.
Karauzun sözlərinə görə, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin ortaq fəaliyyəti hər iki ölkənin, ümumiyyətlə, bölgənin təhlükəsizliyinə, sülhə və sabitliyə xidmət edəcək:
“Bu cür yüksək səviyyəli toplantıların nəticəsində Türkiyə və Azərbaycan Silahlı Qüvvələri çiyin-çiyinə hər iki ölkənin təhlükəsizliyinə böyük töhfə verəcək. Silahlı Qüvvələrimizin güclənməsi eyni zamanda Qafqaz bölgəsində və qlobal səviyyədə sülhün, təhlükəsizliyin bərqərar olmasına xidmət edəcək. Güclü ordu, dövlətin güclü olmasının təməl şərtlərindəndir. Beləliklə, Türkiyə və Azərbaycan “tək səs, tək nəfəs, tək ürək” siyasəti ilə dosta güvən verəcək, düşməni qorxuya salacaq. Bu birlik bölgədə kirli niyyətləri olan fərqli siyasi güclərin oynadığı oyunları əngəlləyəcəkdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar