Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Rəsmi Moskvadan Qarabağdakı vəziyyətlə bağlı növbəti açıqlama

Tarix: 03-06-2021 18:48     Baxış: 5185 A- / A+
Rəsmi Moskvadan Qarabağdakı vəziyyətlə bağlı növbəti açıqlama

"Dağlıq Qarabağ ətrafında vəziyyətin nizamlanması üçün hər gün iş aparılır".


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri "İzvestiya” multimedia informasiya mərkəzinə müsahibəsində söyləyib.
Diplomat deyib: "Xarici işlər nazirləri ilə məsləhətləşmələr, danışıqlar aparılır. Biz xarici işlər nazirlikləri və səfirliklər xətti ilə həqiqətən hər gün qarşılıqlı əlaqə saxlayırıq. Xarici siyasət idarələrinin rəhbərlərinin həm Rusiya-Azərbaycan, həm də Ermənistan xətti üzrə telefon danışıqları barədə məlumatlar mütəmadi olaraq dərc edilir. İstər münaqişənin qaynar fazasında, istərsə də atəşkəsdən sonrakı mərhələdə ölkəmiz bu vəziyyətin nizamlanması üçün çox səy göstərib”.

M.Zaxarova daha sonra əlavə edib ki, söhbət təkcə siyasi səylərdən deyil, həm də diplomatik səylərdən, ölkə rəhbərlərinin şəxsi səylərindən gedir.

RF XİN nümayəndəsi sonda deyib: "Əlbəttə, bizim sülhməramlıların rolunu da qeyd etməliyik. Onlar vəziyyətin yaxşılaşması üçün hər gün öz bacarıqlarını, peşəkar vərdişlərini sərf edirlər. İndiki halda siyasətçilərin, diplomatların və ictimai xadimlərin öz funksiyalarını yerinə yetirə bilmələri üçün rusiyalı sülhməramlıların rolunu lazımınca qiymətləndirmək çətindir”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar