Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Onlarla əsgər meyiti zirzəmidə: Ermənistanda rüsvayçı fakt ÜZƏ ÇIXDI - ŞƏKİL

Tarix: 01-06-2021 09:12     Baxış: 4167 A- / A+
Onlarla əsgər meyiti zirzəmidə: Ermənistanda rüsvayçı fakt ÜZƏ ÇIXDI - ŞƏKİL

Ermənistanda 44 günlük Qarabağ müharibəsi zamanı ölən erməni əsgərlərinin kisələrə doldurulmuş qalıqlarının Abovyan şəhərindəki xəstəxana morqunun zirzəmisində necə gəldi atılmasını əks etdirən fotoların yayılması seçki ərəfəsində böyük qalmaqala səbəb olub. Səhiyyə Nazirliyi bu rüsvayçı fakta izahat tapa bilməyib və araşdırma başladıldığını açıqlayıb.

Manevr.az xəbər verir ki, fotolara əsasən əsgər meyitlərinin qalıqlarının doldurulduğu çoxsaylı politelen kisələr morqun zirzəmisində necə gəldi döşəməyə atılıb, üst-üstə qalaqlanıb. Həmin fotoların nə zaman çəkildiyi məlum deyil, amma seçki kampaniyasının qızğın vaxtında yayılması sosial şəbəkələrdə Paşinyan hökumətinə qarşı qəzəb və hiddət doğurub.

Bu fotoların yayılmasından əvvəl itkin düşmüş bir qrup erməni hərbçilərinin yaxınları Yerevanda yolu bağlayaraq etiraz aksiyası keçirmişdi. Onlar bildirirdilər ki, hakimiyyət itkilərlə bağlı səs-küy yaranmasın deyə ölən hərbçilərin meyitlərini uzun müddət soyuducularda saxlayıb. Etirazçılardan biri deyib ki, 200-dən çox cəsəd uzun müddət müxtəlif yerlərdə soyuducularda, o cümlədən meyvə saxlamaq üçün nəzərdə tutulan soyuducularda saxlanılıb. Toplaşanlar deyiblər ki, hakimiyyət itkilərin real sayını hələ də açıqlamır.

Ermənistanda əsgərlərin meyitlərinin “Spayka” şirkətinə məxsus soyuducu TIR-larda saxlanılması faktı daha əvvəldən məlum idi, hakimiyyət isə bildirirdi ki, meyitlərin qalıqları ekspertizadan keçdikdə yaxınlarına təhvil verilir. Lakin hələ də 1500-ə yaxın erməni hərbçisi itkin hesab olunur. Ermənistan tərəfi isə beynəlxalq humanitar təşkilatlar vasitəsilə hay-küy qaldıraraq Azərbaycanı əsirlərin sayını gizlətməkdə, guya hələ də yüzlərlə əsir saxlamaqda günahlandırırdı. İndi isə məlum olur ki, əslində ölən əsgərlərin bir qisminin meyitlərini elə Ermənistanın özündə gizlədirlər, hansısa zirzəmilərdə, kisələrə doldurulmuş halda. Başqa sözlə, öz ordusunun müharibədə ölən əsgərlərinə qarşı adi insani normalara əməl etməyən ölkə Azərbaycanı humanitar normaları pozmaqda günahlandırmaq heç bir əxlaqa sığmır... / Virtualaz.org

Manevr.az

Onlarla əsgər meyiti zirzəmidə: Ermənistanda rüsvayçı fakt ÜZƏ ÇIXDI - ŞƏKİL
Onlarla əsgər meyiti zirzəmidə: Ermənistanda rüsvayçı fakt ÜZƏ ÇIXDI - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar