Xəbər lenti
"Məqsəd Azərbaycanı da Ermənistan kimi vassal etməkdir"
"Erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “referendumu” özləri kimi separatçı bölgələrdən olan Abxaziya və Cənubi Osetiyadan izləyənlər var"
Manevr.az xəbər veriri ki, bu fikirləri Dağlıq Qarabağda keçirilən "referendumu" şərh edərkən politoloq Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, məsələn, onlardan biri Abxaziya “parlamentinin sədr yardımçısı” Emma Qamisoniyadır. Abxaz separatçılarının nümayəndəsi Xankəndində elə belə də deyib: “Artsax əhalisi referendumda böyük həvəslə iştirak edir, məntəqələr dolub-daşır və bu bizi çox sevindirir. Bizi tarixi hadisənin şahidiyik, Artsaxın yeni konstitusiyası insan haqlarının qorunmasına (?!) böyük töhvədir”.
"Separatçıların qardaşlığını anladıq. Ancaq bunu o separatçı qurumun nümayəndəsi deyir ki, ərazisi tamamən Rusiyanın siyasi, iqtisadi və hərbi nəzarəti altındadır. Rusiya Abxaziya və Cənubi Osetiyanı öz əlavəsinə çevirib, bu iki bölgədə qoşun birlikləri yerləşdirib, hələ prezident Vladimir Putinin müşavirlərindən biri tamamən bu iki bölgənin nəzarətinə məsuldur. Yəni sözümün canı odur ki, Abxaziyada və Cənubi Osetiyada Kremlin bir sözünü iki edən yoxdur. Əgər Kreml istəsəydi əlinin altındakı separatçıların nümayəndələrinə deyərdi ki, “Dağlıq Qaraabağdakı referendumu izləməyiniz məsləhət deyil, oturun oturduğunuz yerdə”. Deməyib, tam əksinə onların Dağlıq Qarabağa getmələrinə yaşıl işıq yandırıb. Dağlıq Qarabağdakı “referendumu” izləyən müşahidəçilərin əksəriyyətinin abzax və osetin separatçılarının təşkil etməsi, Rusiyanın özünün də bu “referendumda” marağından irəli gəlir, məqsəd Azərbaycanı da Ermənistan kimi vassal etməkdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar