Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistandan etiraf: "Azərbaycanlı əsgərləri mühasirəyə almağa çalışırdıq"

Tarix: 27-05-2021 17:42     Baxış: 3162 A- / A+
Ermənistandan etiraf: "Azərbaycanlı əsgərləri mühasirəyə almağa çalışırdıq"

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Edvard Asryan etiraf edib ki, erməni hərbçiləri guya yeni mövqeləri təchiz etmək məqsədilə azərbaycanlı əsgərləri mühasirəyə almağa çalışıb.

Manevr.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri məlumat verir.

O bildirib ki, Azərbaycan ordusu kəşfiyyat vasitələrinin köməyi ilə ermənilərin hərəkətini vaxtında görüb və "həmin hadisələr" baş verib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar