Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi ekspert: Ermənilər, bu işi gecə 3-də görmürlər!

Tarix: 27-05-2021 17:16     Baxış: 3109 A- / A+
Hərbi ekspert: Ermənilər, bu işi gecə 3-də görmürlər!

Hərbi istehkam işləri (hər qrupda 30-50 nəfər olmaqla) sutkanın gündüz saatlarında həyata keçirilir – bu, səngərlərin, eləcə də müdafiə hüdudlarının geriyə çəkiliş yollarının bərpası, yenidən qurulması və maskalanmasıdır. Sutkanın gecə saatlarında isə “qara işlər” aparılır ki, düşmən tərəfi canlı qüvvənin hərəkətini görə bilməsin.

Manevr.az xəbər verir ki, bu barədə axar.az-a hərbi icmalçı, ukraynalı politoloq Aleksey Voronenko Ermənistanın Kəlbəcər rayonu ərazisində diversiya qrupunun zərərsizləşdirilməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, hərbi istehkamçıların vəzifəsi müdafiə hüdudlarının fəaliyyət qabiliyyətini təmin etməkdir:

“Hərbi istehkamçıların əsas qaydalarından biri neytral zonaya keçməməkdir, çünki düşmən bunu təxribat kimi qəbul edə bilər. Bu işdə iki əsas qayda var və demək olar ki, bütün hərbi aləm onları tanıyır və onlara əməl edir: birincisi, mühəndis işləri günün işıqlı saatlarında aparılmalıdır ki, düşmənin kəşfiyyatında şübhə yaratmasın, ikincisi, istehkamçılar neytral zonaya keçməməlidir.

İndi isə hər iki tərəfin rəsmi informasiyasına baxaq: Ermənistan tərəfi iddia edir ki, mayın 27-də gecə 03 radələrində onların hərbi istehkamçıları müdafiə sərhədlərini möhkəmləndirməyə cəhd göstəriblər. Azərbaycan Müdafiə Nazirliyi isə qeyd edir ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərərkən yaxalanıblar.

Bu iki versiya ilə tanış olan və hərbi işdən anlayışı olan hər kəs saxtalığı dərhal ifşa edə bilər. Gecə saat üçdə neytral ərazidə hansı istehkam işlərindən danışmaq olar? Belə olmur axı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar