Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib -ŞƏKİL

Tarix: 26-05-2021 18:46     Baxış: 4201 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib.

Manevr.az xəbər verir ki, “ZOOM” proqramı üzərindən təşkil olunan videokonfransda Aİİ-nin əməkdaşları və tələbələri iştirak ediblər.
Azərbaycan İlahiyyat İnstitutunda 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib

Tədbiri giriş sözü ilə açan rektor Aqil Şirinov videokonfrans iştirakçılarını salamladıqdan sonra, Respublika Günü münasibətilə təbriklərini bildirib. Rektor bugünün önəmini diqqətə çatdıraraq, uzun illər Çar Rusiyasının əsarətində qalmış, məhrumiyyətlər yaşamış Azərbaycan xalqının, nəhayət, 1918-ci ildə qazandığı müstəqilliyinin çətinliklərlə başa gəldiyini vurğulayıb.

Aİİ rəhbəri daha sonra bildirib ki, həmin dövrdə və belə bir şəraitdə Cümhuriyyətin elan olunması və dünyaya tanıdılması istiqamətində Azərbaycan ziyalıları, ideoloqları gərgin mübarizə nəticəsində əllərindən gələni əsirgəməyərək, bu müqəddəs vəzifəni yerinə yetirməyi bacarıblar.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov tədbir iştirakçılarını salamladıqdan sonra, Respublika Günü münasibətilə təbrikərini çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi və keçdiyi yol haqqında ətraflı məlumat verən A. İsgəndərov 28 may 1918-ci ildə elan olunan bugünün tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulayıb. Həmin dövrdə baş verən hadisələri xronoloji ardıcıllıqla qeyd edərək, Xalq Cümhuriyyətinin az yaşamasına baxmayaraq, xalqımızda azadlıq və müstəqillik fikirlərinin formalaşmasında müstəsna rolunu nəzərə çatdırıb.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyət tarixinin araşdırılmağa başlandığını və bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna qərarlarını diqqətə çatdıran professor hazırda sözügedən siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin tariximiz üçün əhəmiyyətini vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunda 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib


Videokonfrans tədbir iştirakçılarının qarşılıqlı müzakirəsi ilə davam edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar