Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Avtobuslarda gedişhaqqının bahalaşacağı ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tarix: 26-05-2021 10:14     Baxış: 4154 A- / A+
Avtobuslarda gedişhaqqının bahalaşacağı ilə bağlı - RƏSMİ AÇIQLAMA


"Məhdudiyyətin aradan qaldırılması bütünlüklə tətbiq olunduğu üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara ötən ilin mart ayından məhdudlaşdırmaya qədər hansı relslər mövcud idisə, hamısı bərpa olunur. Regionlardan Bakıya və regionlarası relslər də hamısı bərpa edilir".

Manevr.az bildirir ki, bunu baku.ws-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

O əlavə edib ki, gediş-gəliş iri tutumlu avtobuslarla bərpa olunur: "Avtobuslarda qiymətlər dəyişməyib. Tarif Şurasının müəyyən etdiyi qiymətlər ötən ilin mart ayına qədər hansı formada idisə, pandemiyanın kəskin formada yayılması zamanı məhdudiyyətə qədərki dövrdə sərnişinlər hansı tariflə ödəniş edib regionlardan Bakıya və ya əksinə gedirdilərsə, eyni tariflər keçərli olacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin avtovagzal.az saytı var və həmin sayt üzərindən onlayn bilet əldə etmək imkanları var. Bundan yararlanmaqla kassaların qarşısında növbələrin yaranmasının qarşısını almaq mümkündür".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar