Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda “Bədii əsər oxuma ” mövzusunda müsabiqə keçirilib

Tarix: 24-05-2021 18:52     Baxış: 4197 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda “Bədii əsər oxuma ” mövzusunda müsabiqə keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bədii əsər oxuma (xarici ədəbiyyat)” mövzusunda müsabiqə keçirilib.

Manevr.az-a verilən xəbərə görə, “ZOOM” proqramı vasitəsilə onlayn formada təşkil olunan müsabiqədə Aİİ-nin tələbələri iştirak ediblər.
Azərbaycan İlahiyyat İnstitutunda “Bədii əsər oxuma ” mövzusunda müsabiqə keçirilib

Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, bu səpkili müsabiqələrin tələbələrin elmə, maarifləndirici yarışmalara maraqlarının, həmçinin ümumi biliklərinin və dünyagörüşlərinin artırılmasının, vətənpərvərlik duyğularının yüksəldilməsinin, əxz etdiklərini daha çevik şəkildə ifadə etmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, təhsilalanlara uğurlar diləyib.

Üç turdan ibarət olan müsabiqədə, ümumilikdə, 45 sual səsləndirilib. Suallar dahi Amerika yazıçısı, 1954-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuş Ernest Heminqueyin məşhur “Əcəl zəngi” romanı, “Qoca və dəniz” povesti və hekayələrinin daxil edildiyi “Seçilmiş əsərləri”nə dair olub. Belə ki, ədəbiyyat seçmələri əvvəlcədən tələbələrə təqdim olunub və suallar sözügedən əsərlərdə yer almış nümunələrə uyğun hazırlanıb.

Müsabiqənin sonunda turlar üzrə qazanılmış ümumi ballar əsasında qaliblər müəyyən edilib, mükafatlandırılıb və onlara diplomlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda pandemiya dövründə də tələbələrin dünyagörüşlərinin artırılması, mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, “Bədii əsər oxuma” müsabiqəsi Aİİ-də artıq 3-cü dəfədir keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar