Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənistanla yeni səhifənin açılmasının tərəfdarıyıq" - Müşfiq Məmmədli

Tarix: 24-05-2021 14:12     Baxış: 3273 A- / A+
"Ermənistanla yeni səhifənin açılmasının tərəfdarıyıq" - Müşfiq Məmmədli


Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, Qarabağ münaqişəsini həll etməklə bölgənin inkişafına xidmət edən yeni əməkdaşlıq mühiti yaranıb.

Manevr.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

Millət vəkilinin sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmaqla Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdən olduğundan yeni yanaşmaları tələb edir.

“30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Çünki Azərbaycan regionun davamlı inkişafı və sabitliyini Cənubi Qafqaz ölkələri arasında birgə əməkdaşlıq və sıx inteqrasiyda görür. Ona görə də fəaliyyətini bu istiqamətdə qurub”, - millət vəkili qeyd edib.

Millət vəkilinin fikrincə, yalnız fəal əməkdaşlıq və inteqrasiya mühiti regionun inteqrasiyası ölkələrinin inkişafına xidmət edəcəkdir: “Bunun üçün isə ilk növbədə Ermənistan bölgədəki destruktiv mövqeyindən əl çəkməlidir. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, işğal nəticəsində Azərbaycanın yaşayış məntəqləri, dini, mədəni abidələrinin erməni vandalizminin qurbanın olmasına baxmayaraq bölgənin gələcəyi, davamlı sabitliyin, təhlükəsizliyin təmin olunması naminə əməkdaşlığa hazırdır. Çünki istəyimizdən asılı olmayaraq mövqelərimizdən asılı olmayaraq qonşuyuq. Bunun üçün də birgə yaşayışa məhkumuq və birgə yaşamanı öyrənməliyik. Düzdür, bu elə də asan məsələ deyil. Azərbaycanlıların ata yurdları viran edilib, bu, çox ağrıdıcı və çətindir. Amma bütün bunlara rəğmən gələcək nəsillər naminə bölgədə sülhün bərqərar olması üçün birgə yaşamanın və əməkdaşlığın alternativi yoxdur. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz əməkdaşlığa və yeni səhifənin açılmasının tərəfdarıyıq. Ermənilərdən fərqli olaraq gələcək haqqında düşünürük. Cənab Prezident İlham Əliyev də fəaliyyətini bu istiqamətdə qurub. Regional əməkdaşlığı və birgə yaayışdan isə ilk növbədə qazanan Ermənistan və erməni xalqı olacaq. Onlar uzun illərdir üzləşdiyi böhrandan xilas olacaq və tədricən normal həyata dönüşləri başlayacaq. Bunun üçünsə erməni siaysətçilərin Azərbaycanafobiya, türk düşmənçiyiliyindən, həmçinin qonşularına qarşı ərazi iddiasından əl çəkib. Normal müansibətlər qurmasını rəsmi bəyan etməlidirlər”.

Millət vəkili hesab edir ki, bu işdə ABŞ, Avropa İtitfaqı və dünyanın digər aparıcı ölkələri Ermənistanın Cənubi Qafqazda sabitliyin və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığın qurulmasına öz töhfələrini verə bilərlər: “Əməkdaşlıq formatı, icra ediləcək layihələr, xüsusən də Zəngəzur dəhlizinin açılması təkcə region ölkələri üçün deyil, o cümlədən qonşu region ölkələri üçün yeni imkanlar açacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar